среда, 26 февраля 2014 г.

                                     

                                  NƏYİ   BİLMƏLİYİK ?

Temperaturun,atmosfer təzyiqinin,küləyin,havadakı su buxarının miqdarının,buludluluğun dəyişməsi,yağıntının yağması-atmosferin alt qatı olan troposferdə baş verən proseslər olub,hava ilə səciyyələnir. Hava sutka ,ay və fəsillərdən asılı olaraq dəyişir.Əgər havhnın bir ünsürü dəyişirsə, bu o demıkdir ki, o,digərlərinin və bütövlükdə havanın dəyişməsinə səbəb olur.Ölkəmizdə il ərzində havalar çox fərqli keçir.Yay ayları isti, qış ayları isə mülayim olur.Temperaturun sutkalıq dəyişməsi həm təzyiqin,həm də rütubətin dəyişməsinə,Yer səthinə yaxın havanın qeyri-bərabər isinməsi külək əsməsinə şərait yaradır.Hələ qədim dövrlərdə insanlar təbiətdə müşahidələr aparmış və hava haqqında praqnoz , yəni qabaqcadan məlumat  verməyə cəhd etmişlər.Bu məqsədlə onlar səmanın rənginıə, bitki və heyvanat aləmində baş verən dəyişikliklərə diqqət yetirirdilər.  Məlumdur ki,hər hansı ərazidə hava hər gün dəyişsə də ilbəil təkrarlanır.Lakin kəskin fərqlənən illər də olur. Hər yerin özünə məxsus iqlimi olur.İqlim uzun illər boyu az dəyişir, havanın dəyişməsi isə  hər saat ola bilər.İqlimin göstəricilərinə havnın orta illik temperaturu, yağıntıların orta illik miqdarı, hakim küləklərin istiqaməti və.s aiddir. İqlim təbiətə insanların həyat fəaliyyətinə birbaşa təsir edir.İnsanların geyimi , qidası, yaşayış məskənləri, mənzil şəraiti bilavasitə iqlimdən aslıdır.Lakin son onilliklərdə insanlarin da iqlimə təsiri güclənmişdir.Dünyanın nəhəng hava limanlarında uçuş xəttini qızdırmaqla buz və qar örtüyünü əritmək, dağıtmaq, dolu dagıdan qurğuların köməyi ilə dolu buludunu yagış buluduna çevirmək meteroloqlar üçün artıq adi hadisə sayılır. 

Комментариев нет:

Отправить комментарий